27 Oktyabr 2014 14:16
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi dosent, doktor Faiq Ələkbərov “Əhdə Vəfa Birliyi Sosial Yardımlaşma və Təhsil Dərnəyi”nin dəvəti ilə Türkiyənin Konya şəhərində “Türk Dünyasının problemləri” mövzusunda konfransa qatılıb. Eyni zamanda Faiq Ələkbərovun Türkiyə türkcəsində yayımlanan "Muhammed Emin Resulzadenin Dünya Görüşü" (Konya, Buğra Yayın Evi, 2014) kitabının imza mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, F.Ələkbərov konfransda dünyadakı Türk Milliyyətçiliyi, Turançılıq və Ülküçülükdən bəhs edib. O, bildirib ki, M.Ə.Rəsulzadə Azərbaycan da doğulub Türkiyədə vəfat edən çox dəyərli bir türkçülük öndəri, türkçülük və turançılıq fikrinin təməl daşlarından biridir.

Bu il Rəsulzadənin 130 illik yubileyinin keçirilməsinə diqqət çəkən Azərbaycan alimi bildiribi ki, onun ideyaları bütün Türk dünyasında yayılmaqdadır. O, bu ideyaların qarşısını almaq istəyən xarici qüvvələrin olduğunu da deyib: “Qərb dövlətləri Türk dünyasını bir araya gətirməmək üçün maddiyyatı ön plana çıxarıb mənəviyyatımızı aradan qaldırmağa çalışır. Bunun üçün də qərblilər müsəlman türkləri İslam dinindən, adət və ənənlərimizdən uzaqlaşdıraraq türk kültürünü məhv etməyə, öz mədəniyyətlərini insanlarımızın şüurlarına yeridirlər. Bu xarici mədəniyyətlərin, kültürlərin təsirində qalmanın nəticəsidir ki, son zamanlarda İslam-Türk dünyasında dünya çapında alimlər yetişdirə bilmirik. Bizi biz edən dəyərlərimizə sahib çıxsaq, bunu da həyata keçirəcəyik. Sadəcə, türkçülüyümüzdən və Turan ülkümüzdən əsla vaz geçməyək. Allahın izni ilə bunu bacaracağıq”.

Konfransadan sonra "Muhammed Emin Resulzadenin Dünya Görüşü" kitabının imza törəninə geçilib. Kitab Konyada - Türkiyədə Anadolu türkcəsində Ahde-Vefa Turan Birliyi və Buğra Yayın Evi birgə yayımlayıblar. Kitab ilk dəfə 2007-ci ildə Bakıda, Azərbaycan türkcəsində nəşr olunub.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər