30 Oktyabr 2014 13:08
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İndi uşaqlar heç kimi maraqlandırmır. Bəstəkarlar uşaqlarımızdan pul qazana, qonorar ala bilmədiklərinə görə müğənnilərin yanına qaçırlar".

Bu sözləri Teleqraf.com-a açıqlamasında uşaq musiqi qruplarının yaradıcısı bəstəkar Məryəm Əlibəyli deyib. Onun sözlərinə görə, professional bəstəkarların bu mövzuya müraciət etməməsinin səbəbi daha ciddi mövzularda mahnılar bəstələmək istəmələridir:

"Hər zaman fəxr edirəm ki, uşaqlarla işləyib, onlara mahnı bəstələyirəm. Bu işimdən xüsusi zövq alıram. Bilirəm ki, uşaqlar mənim yazdığım hər bir mahnını bəyənir, dəyərləndirir, sevirlər. Əgər bizim mahnılarımız xarici ölkələrdə səslənsəydi, saytda, televiziyada, uşaq proqramında səslənəndə mahnılarımıza görə qonorar alsaydıq, vəziyyət başqa cür olardı. Bəstəkar da bu yolla dolanmalıdır. Bu gün mənim mahnılarım bütün uşaq mərkəzlərində, uşaq bağçalarında səslənir. O qədər çətinliklərlə üzləşirik, barışırıq, qəbul edirik. Başımı salıram aşağı və öz yaradıcılığımla məşğul oluram. Çox bəstəkarlar düşünürlər ki, opera, oratoriya, kantata, simfoniya yazmaq onlara daha çox şöhrət gətirəcək, sanballı bəstəkar işi hesab olunacaq. Şou-biznesdə çalışan professional və qeyri-professional sənətlərinə gəlir mənbəyi kimi yanaşdıqlarına görə uşaq mahnıları yazmırlar. Bir də ki, hər bəstəkar uşaq mahnısı yaza bilməz. Bunun üçün həmin insan qəlbi saf, ürəyi təmiz olmalıdır. Uşaq psixologiyasını bilməli, özü daxilində balaca uşaq olmalıdır. Məsələn, Oqtay Zülfüqarovun nəvələri-nəticələri var, amma o, hələ də uşaq kimidir, uşaqlarla uşaq dilində danışır. Bir sözlə, əgər uşaqlar üçün mahnı yazırsansa, uşaq xasiyyətini, maraqlarını, problemini nəzərə alıb yazmalısan".

Pərvin


Müəllif:

Oxşar xəbərlər