Köln şəhərində magistral yolda zibil konteynerindən 17-ci əsrə aid iki dəyərli rəsm əsəri tapılıb.
Teleqraf.com xəbər verir ki, portretləri 64 yaşlı şəxs tapıb.
Bu barədə rəsmi açıqlama yayan polis onların sahiblərini axtarır. Rəsmlərdən biri italyan rəssam Pietro Bellottinin 1665-ci ildə çəkdiyi avtoportretidir. İkincisi isə məşhur holland rəssam Samuel van Hoogstratenin gülümsəyən uşaq rəsmidir.
Hər iki rəsmi mütəxəssislər araşdırır, onların orijinal olma ehtimalı yüksəkdir.
Qeyd edək ki, adı çəkilən müəlliflər 17-ci əsrdə yaşamış məşhur fırça ustalarıdır.