29 İyun 2021 12:03
5 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Arif Babayev Türkiyəyə aparılıb.

Bu haqda Teleqraf.com-a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib:

"İki-üç gündür, atam Türkiyəyə aparılıb. Səhhəti normaldır. İnşallah daha da yaxşı olacaq. Türkiyədə klinikaların birində müalicə olunur".

Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib və Türkiyədə əməliyyat edilib. Onun 83 yaşı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər