28 yaşında həyatını itirən mərhum türk rokçu Barış Akarsunun anası Hatice Akarsu dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, mədəaltı vəzi xərçəngi diaqnozu qoyulan və diaqnozdan 4 ay sonra əməliyyat olunan Hatice Akarsu xəstəxananın reanimasiya şöbəsində müalicə olunurdu.
Əməliyyat zamanı xərçəng şişini götürmək mümkün olmayıb. On beş gündür reanimasiyada olan Hatice Akarsu bu gün vəfat edib.
Barış Akarsu 2007-ci ildə Bodrumda baş verən yol qəzasında həyatını itirib. Qəzadan sonra 5 gün reanimasiyada qalan məşhur sənətçinin həyatını xilas etmək mümkün olmayıb.