18 Noyabr 2014 02:01
2 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli memarlıq ənənələrini özündə əks etdirən Bakının bəzi qədim və tarixi tikililəri dünya şəhərsalma mədəniyyətinin nadir incilərindən hesab olunur. Bəs tarixi abidələrin qorunması istiqamətində hansı tədbirlər həyata keçirilir?

Teleqraf.com-un məlumatına görə, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, memar Yusif İbrahimli bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin siyahısında 6 mindən artıq tarixi abidə var. Onlardan 65-i dünya əhəmiyyətlidir. Qədim Bakının özü də tarixi abidələrlə zəngindir. Bakı şəhərində tarixi və memarlıq abidələrinin qorunması və bərpası məsələsinə toxunan mütəxəssis xatırlatdı ki, Füzuli küçəsinin genişləndirilib abadlaşdırılması ilə əlaqədar 18 min ton ağırlığında bina Azərbaycanda ilk dəfə olaraq sürüşdürmə üsulu ilə 11 metrədək arxaya çəkilib.

Bu isə dövlətimizin tarixi abidələrə olan diqqətindən irəli gəlir. Şəhərimiz böyük tikinti meydançasını xatırladır. Baş plana uyğun olaraq bəzi ərazilərdə tikililərin sökülməsi nəzərdə tutulub. Həmin ərazilərdə tarixi əhəmiyyətli abidələr olarsa, onların qorunub saxlanılması üçün lazımi tədbirlər görüləcək. Y. İbrahimli diqqətə çatdırdı ki, Azərbaycandakı bütün tarixi abidələrlə bağlı yeni siyahı hazırlanır. Bu mühüm sahəyə nəzarət edən Mədəniyyət və Turizm Nazirliyi abidələrin mühafizəsi və bərpası istiqamətində çox işlər görür.


Müəllif:

Oxşar xəbərlər