Noyabrın 27-dən 29-dək Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərində “Akbuzat” Beynəlxalq Milli və Etnik Kinofestivalı keçiriləcək.
Teleqraf.com xəbər verir ki, kinofestivalının əsas məqsədi dünya xalqlarının mənəvi və mədəni dəyərlərinin təbliği və mübadiləsi, kinematoqrafiyanın inkişafına yeni, müsbət meyarların gətirilməsidir.
Müsabiqəyə Azərbaycan, Kuba, İran, İraq, Pakistan, Latviya, Estoniya, Özbəkistan, Qırğızıstan, Bolqarıstan və Türkiyədən 150 film təqdim olunub. Filmlər üç bölümdə - tammetrajlı, qısametrajlı bədii və sənədli filmlərin bütün janrları üzrə olacaqdır.Seçim turunun əsas mərhələsinə 10 bədii, 9 qısametrajlı, 15 sənədli film keçib. Əsas müsabiqədəki filmlər ən yaxşı rejissor, operator, ssenari üzrə mükafatlar və baş mükafat uğrunda yarışacaq. Festival haqqında geniş məlumatı www.silverakbuzat.ru saytından əldə etmək olar.
Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək sayına görə 25 beynəlxalq kinofestivalı və forumlarda iştirak edərək mükafat və diplomlara layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonrakı həyatında baş verənlər üzərində qurulub.