Macarıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda Macarıstan kinosu festivalı keçirilib.
Teleqraf.com xəbər verir ki, mayın 8-dək keçiriləcək festival çərçivəsində üç film nümayiş etdirilib.
Qeyd edək ki, kinofestivalın ilk günündə tamaşaçılara “Buşo” festivalında iştirak etmiş qısametrajlı filmlər təqdim olunub. Onlar arasında “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin çəkdiyi 2 qısametrajlı film də var.
Festivalda həmçinin dram janrında lentə alınmış “Toksikomo” filmi nümayiş olunacaq. Sonuncu gündə kinofestivalın qonaqları “Buğanın laylası” komediyasını da izləyəcəklər.