17 May 2022 16:22
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kinematoqrafçılar İttifaqının elan etdiyi "Mən qadınam" ssenari müsabiqəsinə qəbul yekunlaşıb.

İttifaqdan Teleqraf.com-a verilən məlumata görə, müsabiqəyə 106 müraciət qeydə alınıb.

İyulun 15-nə qədər finalçılar, avqustun 1-nə qədər isə qaliblər elan ediləcək.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd müasir cəmiyyətimizin bütün kataklizmlərinin ilk növbədə qadın talelərində əks olunduğunu, sosial və iqtisadi problemlərin daha çox qadınlara zərbə vurduğunu, Qarabağ savaşının gətirdiyi bəlaların, o cümlədən şanlı qələbəmizin əldə edilməsində Azərbaycan qadınının misilsiz rolunu, müstəqillik illərində kinomuzda parlaq qadın obrazlarının azlığını nəzərə alaraq, kinematoqrafiyamızda müasir Azərbaycan qadın qəhrəmanlarının yaradılması işinin təşviq edilməsindən ibarətdir.


Müəllif: Nərmin Muradova