Pənahəli xanın nəslindən olan Məhəmmədəli Əkbərov Şuşaya səfər edib, Pənah xanın sarayında olub.
Teleqraf.com xəbər verir ki, o Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak edib.
Məhəmmədəli Əkbərov saytımıza geniş müsahibəsində bildirmişdi ki, Pənahəli xanın oğlu Mehrəli bəyin nəslindəndir.
Pənahəli xanın iki övladı olub, İbrahimxəlil xan və Mehrəli bəy. Bizdə olan məlumata görə, Mehralı bəyin nəvəsi və kötücəsinin adı da Mehrəli olub. İkinci Mehrəlinin dörd övladı olub. Məşədi Fərman, Bahadur, Qamboy və Qulam. Qulam atamın doğma babasıdır. Səhv etmirəmsə, dörd qardaşdan ikisi Mehrəliyev soyadını daşıyır. Qulam babam isə Əkbərov soyadını götürüb. Çünki İkinci Mehrəlinin atasının adı Əli Əkbər olub.
Hazırda İspaniyada yaşayan Məhəmmədəli Əkbərov Alcala Universitetinin (UAH) Kriminalistika, texnologiyalar və məhkəmə elmləri fakültəsində təhsil alır.