21 Oktyabr 2022 12:38
1 689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filminin dünya premyerası Tallin Qara Gecələr Film Festivalında (PÖFF) baş tutacaq. Film festivalın əsas müsabiqəsində yarışacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov məlumat verib.

Tallin Qara Gecələr Film Festivalı Avropanın A kateqoriyalı festivallarındandır. Festivalda 70-ə yaxın müxtəlif ölkədən 1500-dən çox kino mütəxəssisi və jurnalisti bir araya gətirərək, hər il 80 000-dən çox tamaşaçı cəlb edir və 250-dən çox film, oxşar sayda qısametrajlı film və animasiya nümayiş etdirir.

Qeyd edək ki, "Mərmər soyuğu" Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası və “Arizona Productions” (Fransa) şirkətlərinin birgə istehsalıdır.

Ekran əsəri uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzun sürən həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır.

Ekran əsərinin ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, rəssamı Rafiq Nəsirov, geyim rəssamı Şahin Həsənli, qrim rəssamı Elbrus Vahidov, kreativ prodüseri İradə Bağırzadə, baş prodüseri isə Fariz Əhmədovdur.

Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çıxış edirlər.


Müəllif: Nərmin

Oxşar xəbərlər