21 Fevral 2023 15:58
15 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə vəfat edən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruz dəfn olunub.

Teleqraf.com xəbər verir ki, mərhum Yasamaladakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak ediblər.

***

14:50

Ötən gecə vəfat edən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimi başa çatıb.

Teleqraf.com xəbər verir ki, mərhumun vaxtilə yaşadığı evdə keçirilən mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, R.Novruzun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak ediblər.

Aktyorun cənazəsi alqışlar sədaları altında yola salınıb.

***

10:11

Xalq artisti Ramiz Novruzla evində vida mərasimi keçirilir

Teleqraf.com xəbər verir ki, mərasimdə mərhumun yaxınları, ailə üzvlər iştirak edir.

Akademik Milli Dram Teatrının aktyorları, əməkdar artist Elşən Rüstəmov, Rövşən Kərimduxt, Elşən Cəbrayılov xalq artisti ilə vidalaşmağa gəliblər.

Ramiz Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub.

Teatr sənətindəki xidmətlərinə görə 1993-cü ildə Əməkdar artist, 1998-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

O, bir neçə dəfə Prezident Mükafatına, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Ramiz Novruz mədə xərçəngindən əziyyət çəkirdi.


Müəllif: Foto: Elnur Muxtar, Nərmin Muradova