6 Mart 2023 17:24
4 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən sənə bala deyə bilərəm. Elə balam da deyirdim sənə. Sən mənə bu həyatda yaşamın müəyyən dövründə təzədən yaşamağı öyrətdin, mübarizəni öyrətdin, qalibiyyəti öyrətdin, möhkəm olmağı öyrətdin".

Teleqraf.com xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı Hacı Şahin Həsənli barədə sosial şəbəkədə yazıb.

“Çox qəribədir ki, sənin yoxluğun hər dəqiqə, hər an dərinləşir. Mən səni yavaş-yavaş dərk edirəm. Sən bir moizəndə demisən ki, vaxt olacaq, mən həyatda olmayanda siz mənim üçün çox darıxacaqsınız, bir neçə dəqiqəlik də olsa, yanınızda olmağımı istəyəcəksiniz. Amma sən, hacı, inanmıram ki, bu qədər sənin yoxluğunu çəkən, yoxluğun üçün darıxan, sənsizliyə qapılan və səndən hələ də ümidini kəsməyən, “bir möcüzə olacaq və hacı bir də bu dünyaya qayıdacaq” arzusu ilə yaşayan adamları təsəvvür edə bilərdin. Sən təsəvvür edə bilməzdin ki, bütün xalq ayaq üstə idi. Gələ bilənlər də, gələ bilməyənlər də...

Hə, yazırlar ki, sənin dəfnində niyə filankəs olmayıb? Amma mən bu sözlərə qarşı demək istəyirəm ki, hacı bütün insanları, onların düşüncələrini, onların fikirlərini duyan bir şəxsiyyət olub. Xalqın səsindən gedib, xalqın alimi gedib, xalqın ağıllı balası gedib... Hacı alim idi, Hə, alim gedəndə xalqın beyni zədələnir. Sən nə qədər uşağımızı, cavanlarımızı axmaq yoldan qaytardın, pis vərdişlərdən döndərdin. Allah sənə rəhmət eləsin. Allah sənə cənnət qismət eləsin

Bir təsəlli getdi. Telefon danışıqlarında mənə inamın, mənə olan təsəllin və eyni zamanda da məni ruhlandıran səsin...

Sən həmişə deyirdin ki, insanın gücü təkcə fiziki deyil. Bəli, düz deyirsən, insanın gücü təkcə fiziki deyil, insanın ağlı, dərrakəsi də var. Və məhz belə toxumları sən mənim millətimin cavanlarına, orta yaşlılarına aşılayırdın, hətta yeri gələndə o qədər tərbiyəli, mərifətli oğlan idin ki, yaşlılarla danışanda elə danışırdın ki, sanki sən onlardan məsləhət alırsan. Amma əslinə qalanda bir növ sən onlara o anda köməklik edirdin.

Sənə çox ehtiyacım var. Hamımızın sənə çox ehtiyacı var”.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər