12 İyun 2023 18:00
2 806
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənab Prezidentimiz tərəfindən “İstiqlal” ordeninə layiq görülmək qürurlu və məsuliyyətlidir. Bu, həyatımda xüsusi hadisədir”.

Bunu Teleqraf.com-a açıqlamasında kinorejissor, ssenarist, Xalq artisti Oktay Mir Qasım deyib. Ordeni Xalq artistinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.

“Dönməz Azərbaycan kişisi, dünyada tanınan siyasətçinin əlindən belə bir ordeni almaq böyük qürurdur. Böyük səadətdir, xoşbəxtlikdir. Bu gün mən hamımızın çox sevdiyi bir insanla görüşdüm. İlham Əliyev xalqımızın, günümüzün, dövrümüzün qəhrəmanıdır”- kinorejissor vurğulayıb.

Qeyd edək ki, bu gün Oktay Mir-Qasımın 80 yaşı tamam olur.

Azərbaycan kinosuna “Günaydın, mələyim”, “Ovsunçu”, “Qisas almadan ölmə”, "Şeytan göz qabağında" kimi bədii filmlərlə töhfə verən Oktay Mir-Qasım, sənədli film janrında da özünü ustad kimi təsdiq edib.


Müəllif: Nərmin Muradova