5 İyul 2023 14:33
1 837
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tamaşa və tamaşaçı, teatr və aktyor bunlar birgə inkişaf etməlidir. Tamaşaçını biz yetişdiririk. Teatr olaraq elə tamaşalar qurmalıyıq ki, uşaqlara zövq bəxş edə bilək. Bu mənim ən yaralı yerimdir. Uşaqlar bəzən elə pis tamaşalarla böyüyürlər ki, bayağılığa meyllənirlər”.

Bunu Teleqraf.com-a açıqlamasında əməkdar artisti Leyli Vəliyeva deyib.

O qeyd edib ki, bu məsələdə teatrın üzərinə böyük məsuliyyət düşür.

“Həmin kiçik tamaşaçı böyüyür və teatra gəlib yaxşı tamaşaya baxa bilmir. Sən gərək özünü elə axmaq vəziyyətə salasan ki, onu güldürə biləsən. Yəni bayağı hərəkət edəsən...Niyə axı tamaşaçı ancaq bayağılığa gülməlidir? Deməli onu bağçadan yetirdirməlisən. Bayağılığı uşağa əxz etmək düzgün deyil. Biz elə tamaşa qurmalıyıq ki, uşaq tamaşada yalnız mahnıya reaksiya verməməlidir, ordakı sözü eşitməli, ona münasibət göstərməlidir”.


Müəllif: Nərmin

Oxşar xəbərlər