18 Oktyabr 2023 18:38
2 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan əməkdar incəsənət xadimi Məlahət Abbasova xalq artisti Nurəddin Mehdixanlının qızı Alagöz Mehdixanlı ilə fotosunu paylaşıb.

Teleqraf.com xəbər verir ki, aktrisa instaqramda paylaşım edib.

"Şuşada gözəl bir qız mənə yaxınlaşdı. "Salam, Məlahət xanım, mən Nurəddin Mehdixanlının qızıyam" dedi. Birincisi, gözəlliyinin qabağında ağzım açıq qaldı. İkincisi, elə bildim öz qızımdır. Ona əziz doğmam, qızım kimi sarıldım. Demək ki, insan dostunun qızını da öz qızı kimi sevib, bağrına basarmış. Bizlər belə dost olmuşuq".

Xalq artistinin Ayturan, Alagöz adında iki qızı, Ərturan adlı oğlu var.

Qeyd edək ki, Məlahət Abbasova 13-14 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən I Türk Dünyası Mədəniyyət Forumuna qatılıb.


Müəllif: Pərvin Cəfərova