23 Fevral 17:31
1 966
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizdə qəbul olunan bir fikir var: aktyor standart olmalı, hər zaman eyni formada qalmalıdır. Baxın, filmlərimizdə aktyorlar demək olar ki, eynidir. Yəni bu filmdə necədirsə, növbəti filmdə də eyni forma və görünüşlə çəkilir”.

Bunu Teleqraf.com-a açıqlamasında tanınmış aktyor İbrahim Çingiz deyib.

Onun sözlərinə görə, fərqli formada tamaşaçı qarşısına çıxanda bu, qəribə hal kimi qəbul olunur.

“Halbuki bu, çox normaldır. Avropada, Hollivudda da belədir. Mən “Hollivudun Azərbaycandakı rəsmi filialı”yam (gülür). Hər filmdə, serialda fərqli görünməyə çalışıram. Adətən, müsbət qəhrəman obrazlarını canlandırıram. Onlar da ağ vərəq kimidir. Ağ vərəqi bir-birindən fərqləndirən ancaq görünüş ola bilər”.

Aktyorun baş rolunu ifa etdiyi “İyirmi birinci möcüzə” filmi hazırda kinoteatrlarda nümayişdədir. Daun sindromlu Fəridin (Nicat Mehdi) hekayəsi fonunda İbrahim Çingizin oynadığı Ramal gözləmədiyi situasiya ilə qarşılaşır.

“Rolum barədə danışmaq istəmirəm. Amma onu bilirəm ki, bu filmə gələn insanlar peşman olmayacaq. Çünki “İyirmi birinci möcüzə”də italyan filmlərinin ab-havası var. Qardaşımı oynayan Nicatla çəkiliş prosesində dostlaşdıq. Birgə çox səhnələrimiz var idi. Nicat çox pozitiv, mehribandır. Eyni zamanda da çox "kaprizli" aktyordur. Onun "kapriz"lərini əsəbləşərək deyil, sevə-sevə qarşılayırdıq”.

"Bəs siz "kapriz"li deyilsiniz?" sualına aktyor "Qətiyyən" cavabını verib.

Qeyd edək ki, İbrahim Çingiz Əməkdar artist Çingiz Əhmədovun oğludur.


Müəllif: Nərmin Muradova, Foto: Ceyhun Zeynalov

Oxşar xəbərlər