24 Aprel 00:27
1 826
12 Punto 14 Punto 16 Punto 18 Punto

77-ci Kann Film Festivalının qısa filmlər üzrə əsas müsabiqəsində Azərbaycan da yarışacaq.

Teleqraf.com xəbər verir ki, qısa filmlər üzrə bu il 11 ölkədən namizəd iştirak edəcək.

Bunlar Azərbaycan da daxil olmaqla, Braziliya, Bolqarıstan, Kanada, Çin, Xorvatiya, Fransa, Kosovo, Litva, Portuqaliya və ABŞ-dir.

Festivalda Azərbaycanı rejissor Azər Quliyev "Sanki yoxsan" filmi ilə təmsil edəcək.

Müsabiqənin əsas mərhələsində 4 420 film arasından seçilmiş 11 qısametrajlı film təqdim olunacaq.

Qısametrajlı film üzrə "Qızıl palma budağı”nın qalibi mayın 25-də elan olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər