17 Aprel 2014 20:55
4 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tic-toc" onlayn kitab mağazası yeni kampaniyaya start verib.

Sosial şəbəkələrdə baş tutacaq kampaniya oxucular üçün nəzərdə tutulub. Bu barədə qəzetimizə açıqlamasında mağazanın rəhbəri Emin Əliyev məlumat verib:

"Biz sosial şəbəkələr vasitəsilə yeni layihəyə start vermişik. Belə ki, hər kəs oxuduğu son kitabın şəklini #oxuyuram haştağı altında facebooka yerləşdirir. Bununla da o, mağazamızdan gənc yazarların kitablarını 50 faiz endirimlə əldə etmək imkanı qazanır. Bu layihəni keçirməkdə məqsədimiz gənclər arasında kitaba olan marağı artırmaqdır. Hazırda gənc yazar Günel İmranın "Məni kim öldürdü" kitabı iştirakçılara endirimlə təklif ediləcəkdir".


Müəllif:

Oxşar xəbərlər