Sənədli filmlərimizin məşhur kinooperatoru, Türkmənistanın və Azərbaycanın əməkdar incəsənət xadimi, xalq artisti Cavanşir Məmmədovun 100 illik yubileyi münasibətilə Dövlət Film Fondunda tədbir keçiriləcək.
Fondun mətbuat xidmətindən verilən məlumata görə, sənətkarın yubiley tədbiri oktyabrın əvvəllərinə planlaşdırılır.
Ömrünün çox hissəsini kino sənətinə həsr edən Cavanşir Məmmədov 1950-1960-cı illərdə Bakı kinostudiyasında 12 sənədli film çəkib. Kinojurnallar üçün mindən çox süjetin müəllifi olan mərhum sənətkarın 1949-1953–cü illərdə çəkdiyi "Xəzər neftçiləri haqda dastan" sənədli filmi ona Lenin mükafatı qazandırıb.
Qeyd edək ki, Cavanşir Məmmədov 1997-ci ildə Moskvada vəfat edib.