5 Avqust 2015 18:51
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yazıçıların çoxu əsərlərini bizə təqdim etmir”.

Bunu Teleqraf.com-a açıqlamasında “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib. O deyir ki, buna baxmayaraq kinostudiyada bir çox yazıçıların əsərlərinə filmlər çəkilib: “Dolu” eyni adlı əsərə çəkilmiş filmdir. Ötənlərdə yazıçı Elxan Elatlı ilə görüşdüm, görüş onun təşəbbüsü ilə baş tutdu. Bizə təqdim olunan əsərlərə, ssenarilərə obyektivlik olsun deyə müxtəlif baxışları testdən keçiririk. Bu yaxınlarda Gürcüstanda Elçin Əfəndiyevin əsərinin motivləri əsasında “Qatil” filmi çəkilib. Çox gözəl alınıb. Finlandiyada yaşayan azərbaycanlı Kamran Şahmərdan çəkib, artıq son tamamlama işləri gedir. Bu, Azərbaycan kinosunda yeni mədəniyyətdir".

Azərbaycanın Qarabağ problemini əks etdirən filmlər çəkdiklərini deyən direktor beynəlxalq festivallarda erməni kino istehsalçıları ilə qarşılaşmadıqlarını da bildirib: “Ermənistan kino industriyası dünya festivalında görünmür. Ancaq erməni prodüserləri, xaricdə yaşayan ermənilər, erməni iş adamları sifarişlə film çəkdirirlər. Bir neçə il bundan qabaq istəyirdilər ki, qondarma ”soyqırımı" ilə bağlı film çəksinlər, ancaq dünyanın qəbul etməsi üçün filmin mövzusunu erməni yazmasın. Bu xəbər məni qıcıqlandırmışdı. Biz onlarla beynəlxalq festivallarda qarşılaşmırıq".

Nərmin


Müəllif:

Oxşar xəbərlər