Azərbaycan Prezidenti İlham Əliyev Fikrət Qocanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) “Şərəf” ordeni ilə təltif edilsin.