15 Sentyabr 2015 14:24
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir çox şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib. “Əməkdar artist” fəxri adına layiq görülənlər arasında Bəhram Bağırzadə də var.

O, Teleqraf.com-a açıqlamasında bir gün bu ada layiq görüləcəyi günü gözlədiyini deyib: “Öncə bacım zəng vurub təbrik etdi, sonra anam və ardınca Bakı şəhəri. Normal insan arzularla yaşamalıdır. İnsanın dünyası o vaxt bitir ki, arzuları artıq yoxa çıxır, məhv olur. İnsan arzularla yaşayır, zamanla o arzular gerçəkləşir və bu insana zövq, həyat eşqi verir. Normal insan kimi mən də bir gün bu ada layiq görüləcəyimi gözləyirdim. Dünən Cənab Prezident öz sərəncamı ilə məni və mənim balalarımı sevindirdi. Allah Prezidentimizin də balalarını sevindirsin. Ona çox minnətdaram”.

Onun sözlərinə görə bu uğurunu valideynlərinə həsr edib: “Mən birinci növbədə anama minnətdaram. Çünki mənim üzərimdə, bu günlərə gəlməyimdə onun böyük zəhməti olub. Zamanında öz vaxtını mənə, mənim təhsilimə, işimə sərf etməsəydi, bu qədər nailiyyətləri, uğurları əldə etməzdim. Heyifslənirəm ki, atam bu günü görmədi. Mənə elə gəlir ki, bu sevincimi atam o dünyadan görürsə, sevinir. Mən bu naliyyətimi valideynlərimə həsr edirəm”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər