3 Oktyabr 2015 19:37
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Sen-Deni şəhərində inşa ediləcək maraqlı məktəb layihəsinin müəllifi yerli memar Paul le Quernecdır.

Yonca formasına malik binada uşaq bağçası da nəzərdə tutulub. Təhsil kompleksində həm azyaşlı uşaqlar, həm də məktəb şagirdləri təhsil alacaqlar.

Məktəb ərazisi müxtəlif meydançaları olan 6 hissəyə bölünüb. Uşaqlara məxsus otaqlar müxtəlif diametrli və dairəvi məkanlardan, eləcə də yüksək tavanlardan ibarətdir. Məktəblilərin sinifləri kvadrat şəkilli, divarları isə şüşədəndir.

Layihəyə əsasən, binanın fasadı açıq rənglə boyanmış ağacdan hazırlanıb. Otaqların özündə də uşaqların psixologiyasına müsbət təsir edən rənglər toplusundan istifadə ediləcək.

Psixoloqların qənaətinə görə, azyaşlı uşaqların siniflərində tətbiq olunacaq narıncı rəng onların beyin fəaliyyətinin stimullaşdırılmasına köməklik edəcək.


Müəllif:

Oxşar xəbərlər