Xalq artisti Fərhad Bədəlbəyli şou-biznesdən şikayətlənib.
Xalq artisti bu haqda "ATV Maqazin"ə bildirib. O, qeyd edib ki, şou-biznesin qanunları xoşuna gəlmir: "Şou-biznesdə kimsə kimisə təhqir edir, söz atır. Yəqin şou-biznesin qanunları belədir. Amma şounun da əleyhinə deyiləm. Şouda gözəl ifaçılarımız var və onlara çox hörmətlə yanaşıram. Demirəm ki, klassik musiqiyə qulaq asın. Mən özüm də kassik musiqiyə bir saatdan çox qulaq asa bilmirəm".
Xalq artisti yerli şou-biznesdə bəyəndiyi müğənnilərin də adını açıqlayıb: "Brilliant Dadaşovanı və Zülfiyyə Xanbabayevanı çox bəyənirəm. Onlar istedadlı və gözəl musiqiçidirlər. Vaqif Gərayzadə də yaxşı musiqiçidir".
Tərifdən xoşu gəlməyən F. Bədəlbəyli onu da dedi ki, tərif edilən zaman utanır: "Ramiz Quliyev məni təriflədi və mən utandım. Özümü narahat hiss etdim. Sonra dedim ki, nahaq məni təriflədiniz. Bu nəyə lazımdır?"
Rəqsanə