29 Oktyabr 2015 13:15
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Dilarə Əliyeva bir müddət əvvəl ATV-də yayımı dayandırılan “QaynanaMız” serialından danışıb.

Əməkdar Artistin Teleqraf.com-a açıqlamasına görə, hazırda başqa film çəkilişlərinə hazırlaşır: “MTRŞ-ın qərarı ilə razıyıq. Hazırda artıq başqa bir filmdən dəvət almışam və o filmə hazırlaşıram. Yenidən serial çəkilişlərinə lüzum görmürəm. Amma serialın çəkilməsinə razılıq verilsə, davam edərik”.

Bir müddət əvvəl MTRŞ-ın qərarı ilə “QaynanaMız” serialında qeyri-etik sözlər istifadə edildiyinə görə serialın yayımı bir aylıq dayandırılmışdı.

Rəqsanə


Müəllif: