"Günəşli" yatağında baş verən faciəyə görə şou-biznes nümayəndələri münasibət bildiriblər.
Teleqraf.com xəbər verir ki, tanınmışlar sosial şəbəkələr vasitəsilə bu hadisədə həyatını itirənlərin yaxınlarına baş sağlığı veriblər.
Xalq artisti Zülfiyyə Xanbabayeva: "Günəşli" yatağında baş vermiş faciədə dünyasını itirən neftiçlərimizə Allahdan rəhmət, yaxınlarına səbr və baş sağlığı diləyirəm!".
Xalq artisti Faiq Ağayev: "Allah rəhmət etsin".
Əməkdar artist Aybəniz Haşımova: "Dərdimiz, acımız böyükdür. İndi də 32 ailə... Bu dərdi yaşamayan anlamaz. Allah xalqımıza bir də belə dərd verməsi. Amin!".
Əməkdar incəsənət xadimi Məlahət Abbasova: "Gözəl Vətənim!. Başın sağ olsun. Qorxunc qəzada dünyasını dəyişənlərin məkanı cənnət olsun. Nur içində yatsınlar. Amin!".
Aparıcı Aytən Səfərova: "Dənizdə baş verən hadisəyə görə çox üzgünəm. Söz tapa bilmirəm. İtkin düşənlərin ailələrinə səbr arzulayıram. Heç bir söz ana, ata, yoldaş, övlad fəryadını dayandırmaq gücündə deyil. Allah qorusun!".
Müğənni Nadir Qafarzadə: "Allah rəhmət etsin. Ailələrinə səbr diləyirəm".
Rəqsanə