Vergilər Nazirliyi vergi borcu olan şou-biznes nümayəndələrinin adını açıqlayıb. Verilən məlumata görə, Nadir Qafarzadə 10 min manat, Nura Suri 1000 manat, Manaf Ağayev 2500 manat, Əlikram Bayramov isə 1666 manat cərimə ödəməlidir.
Teleqraf.com məsələ ilə bağlı müğənniləri danışdırıb:
Röya Ayxan: “Mədəniyyət və Turizm Nazirliyindən məktub gəlib, qalıq borcumuzun olmadığını deyirlər”.
Nadir Qafarzadə: “Bizim qalıq borcumuz yoxdur. Ödəmişik. Yəqin ki, hələ hesaba oturmayıb. Ona görə adım borclular siyahısına düşüb”.
Nura Suri: “Hər zaman vergimi vaxtında ödəmişəm. Altı ildir ki, vergi ödəyicisiyəm. 1000 manat cərimə yazıblar. Qalıq borcla bağlı şikayət ərizəsi vermişəm. Şikayətimə baxılır. İndi cavab gözləyirəm. Həftə sonuna qədər cavab verəcəklər. Hər zaman çalışmışam ki, qanunla hərəkət edim. Məni 6 il əvvəl heç kim məcbur etməmişdi ki, gedim VÖEN açdırım, Sosial Müdafiə Fonduna pul köçürüm. Ömrü boyu qanuna riayət edən adamam. Cəriməni o adam ödəyər ki, indiyə qədər VÖEN-i olmayıb və vergidən yayınıb. Toy aparan müğənni deyiləm, musiqiçilərim yoxdur. Konsert proqramı ilə çıxış etməmişəm. Çünki bunun üçün əlavə imkan lazımdır. Mənim işçim, prodüserim belə yoxdur. Hansı müğənnilər 15-20 minə toy oxuyub vergi ödəməyibsə, getsin vergilərini ödəsin”.
Müğənni Ayaz Qasımov: “Hər zaman vergini vaxtında ödəmişik. Çox az miqdarda qalıq borcumuz var. VÖEN açdırmışıq. Gəlir mənbələrinə görə əlavə vergi təyin edilib. O da problem deyil, ödəyəcəyik”.
Rəqsanə