9 İyun 2014 18:24
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kıvanç tərbiyəsizin biridir”

Tanınmış aktyor Kıvanç Tatlıtuğ çəkiliş meydançasında türk teatr və kinosunun sənətkarı Engin Şenkanla bərk dava edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, elə bu
səbəbdən serialdan ayrılan Şenkan “Onunla bir daha oynamayacam”, deyə bildirib. İddialara görə, Tatlıtuğ Şenkanla qarşılıqlı oynadığı səhnədə gülməyə başlayıb. Qarşılığında Şenkan sərt reaksiya nümayiş etdirib, “Mən 70 yaşındayam. Tərbiyəsizin biri”, deyərək meydançanı tərk edib. Serialın istehsalçı şirkəti ilə problemi olmadığını deyən Şenkan başqa təkliflərini qəbul edəcəyini, amma tək şərtinin Kıvanç olacağını bildirib. ““Ay Yapım”la hər hansı bir problemim yoxdur. Başqa işlərdə mənimlə işləmək istəsələr qəbul edəcəm, amma tək şərtim Kıvanç olacaq. Onunla qarşılıqlı oynamayacam. 45 ildir ki, bu işi görürəm, amma ilk dəfədir ki, belə bir problemlə qarşılaşıram. İnşallah, bu son olar”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər