18 Fevral 2016 16:51
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın xalq şairi, filologiya elmlər doktoru Nəriman Həsənzadənin 85 yaşı tamam olur.

Moderator.az saytı bu münasibətlə qocaman xalq şairi ilə əlaqə saxlayıb. Nəriman Həsənzadə sayta açıqlamasında bu gün özünü çox yaxşı hiss etdiyini və ədəbi yaradıcılıqla məşğul olduğunu qeyd edib: "Bu gün özümü çox yaxşı hiss edirəm. İndinin özündə də oxucular, dostlar, ziyalılar zənglər edirlər, ürək sözlərini bildirirlər. Bu gün ad günümdü. Oxuculardan elələri var ki, zəng vurub şeirlərimi əzbərdən deyir. Şairə bundan başqa nə lazımdı ki?!

Xalq şairi bundan başqa hazırkı yaradıcılığından da söz açıb: “Son əsərim “Seyid Nigari türbəsi” adlanır. O türbə Amasiyada yerləşir. 100 il əvvəl tikilib. Onu sökmək istəyəndə bütün Amasiya ayağa qalxdı. Bir azərbaycanlı xanım var, o, xeyriyyəçidir. Həmin türbəni yenidən təmir etdirdi. Mən də bu yaxınlarda Amasiyada idim. “Seyid Nigari türbəsi” poemasını yazdım.

“Nabat xalanın çörəyi” adlı əsərim ingilis dilinə, “Pompeyin Qafqaza yürüşü” poemam isə italyan dilinə tərcümə olunub. Birinci əsərimi amerikanlılar özləri bəyənib tərcümə etdilər. İndi də ABŞ-da çapı gözlənilir".

Elmin NURİ


Müəllif:

Oxşar xəbərlər