İranın qeyri-rəsmi dövlət agentliyi "Fars" "Şeytan ayələri" romanının müəllifi Salman Rüşdinin başına 600 min dollar qoyub. Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, İranda 40-a yaxın media qurumu ədibi öldürənlərə mükafat vəd edib.
1989-cu ildən başlayaraq farslar Salman Rüşdiyə qarşı ölüm çağırışları ediblər. 27 il öncə İranın ali dini rəhbəri Ayətullah Xomeyni Rüşdi ilə bağlı fətva verib.
İngiltərə hökuməti Rüşdini qorusa da, onun əsərlərini tərcümə edənlər ya öldürülüb, ya da döyülüblər.
Dünya ədibləri İran mətbuatının qərarını kəskin şəkildə pisləyib.
Ayxan