May ayının 7-də Gənc Tamaşaçılar Teatrında “Mehmanxana sahibəsi” tamaşasının premyerası olacaq.
Teatrdan Teleqraf.com-a bildirilib ki, maarifçilik ideyalarını öz dramaturgiyasının əsas hədəfinə çevirən italyan dramaturqu Karlo Qaldoninin “Mehmanxana sahibəsi” pyesi əsasında hazırlanan eyniadlı tamaşaya xalq artisti Cənnət Səlimova quruluş verib.
Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assisenti Günay Qasımovadır.
Yeni səhnə əsərində əsas obrazları əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Sevinc Mehrəliyeva və Eşqin Quliyev ifa edəcəklər.
Tamaşa hamının sevilmisi, gözəl Mirandolinaya (mehmanxana sahibəsi) inadkar Kavalerin kobud münasibəti və bu qadının yaraşıqlı Kavalerə qisasından bəhs edir.
Nərmin