Ötən gün Gənc Tamaşaçılar Teatrında "Mehmanxana sahibəsi" tamaşasının premyerası keçirilib.
Teleqraf.com xəbər verir ki,Karlo Qardoninin sözügedən əsərinə rejissor Cənnət Səlimova quruluş verib.
Tamaşada əsas obrazları Leyli Vəliyeva, Şövqü Hüseynov, Nofəl Vəliyev, Şəbnəm Hüseynova və başqaları ifa edirdilər.
Tamaşa mehmanxana sahibəsi Mirandalinaya inadkar Kavalerin kobud münasibəti və bu qadının yaraşıqlı Kavalerə qisasından bəhs edir.
Qeyd edək ki, bu əsər son dəfə teatrda 63 il əvvəl tamaşaya qoyulub.O zaman baş rolları Mehdi Məmmədovla, Barat Şəkinskaya canlandırıb.
Azərbaycan tamaşaçısına Mirandalina obrazını əsərin eyniadlı televiziya tamaşasında oynayan Zərnigar Atakişiyevə sevdirib.
Nərmin