4 May 2015 15:21
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Bakı-2015 Birinci Avropa Oyunlarına təyinat alıb.

Bu barədə Teleqraf.com AFFA-ya istinadən məlumat verir.

Xatırladaq ki, Bakı-2015 I Avropa Oyunlarında digər idman növləri ilə yanaşı, 8 komandanın iştirakı ilə çimərlik futbolu üzrə yarışlar da keçiriləcək.

A qrupunda Azərbaycan, Portuqaliya, İsveçrə və Ukrayna, B qrupunda isə Rusiya, İtaliya, İspaniya və Macarıstan milli komandaları mübarizə aparacaqlar.


Müəllif: