11 May 2015 19:14
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dənizkənarı Milli Parkda Bakı-2015 Avropa Oyunlarının rəsmi dəstəkçisi və məhsulların rəsmi tədarükçüsü “Bazarstore” mağazalar şəbəkəsinin mağazası açılıb.

Teleqraf.com-un məlumatına görə, açılış mərasimində çıxış edən “Bakı-2015”in Əməliyyat Komitəsinin baş direktoru Saymon Kleq bildirib ki, “Bazarstore ilk Avropa oyunlarının rəsmi dəstəkçisi və millionlarla azərbaycanlının həyatının bir parçasıdır: “Bu şirkətin daimi dəstəyi Bakı 2015 həyəcanın daha da artmasına xidmət edir. Mən əminəm ki, Bakı əhalisinin əksəriyyəti bu möhtəşəm tədbirin bir hissəsinə çevrilmək istəyəcək və Bazarstore mağazalar şəbəkəsinin satışa çıxardığı məhsullar da hər bir kəsə Azərbaycanda və Avropada yaşanacaq bu həyəcanın bir parçası olmaq imkanını verəcək”.

“Bakı-2015” brendli mallar geyimlər, aksesuarlar və suvenirlər daxil olmaqla, xüsusi “Bakı-2015” dizaynına sahib olacaqlar və şirkət tərəfindən xüsusi təyin edilmiş nöqtələrdə satılacaqlar. Məhsulların satış dizaynları xüsusi olaraq Bakı 2015 üçün yaradılmışdır və onlar öz orijinallığını təsdiqləyəcək holoqramla təmin olunacaqlar.

Şəki ipək kəlağayısı, naxışlanmış armudu stəkanlar, nərd və milli gəlinciklər seçimindən ibarət olan məhsulların hər biri Azərbaycanda istehsal olunub. Məhsulların yerli istehsal olması özündə yerli mədəniyyət və istehsalatı ehtiva edir və bu, Azərbaycan üçün bir irs olaraq qalacaq.

Azərsun Holdinqin İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək şöbəsinin müdiri Afiq Səfərov isə bildirib ki, Dənizkənarı Milli parkın ərazisində qurulan mağaza ilə yanaşı Bakı 2015 Birinci Avropa oyunlarının simvollarının əks olunduğu məhsullar “Bazarstore”nin bütün mağazalarında və oyunların keçirildiyi 6 stadionda, 3 alış-veriş mərkəzində, Atlet və Media kəndlərində satışa çıxarılacaq.

Nərgiz

MerchanPhoto3.jpg görüntüleniyor

MerchanPhoto2.jpg görüntüleniyor


Müəllif:

Oxşar xəbərlər