Qəbələ rayonundakı Stend və Ox Atıcılığı Kompleksində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən Olimpiya atıcılıq növləri üzrə II Beynəlxalq Qran-pri yarışları davam edir.
Atıcılığın səngər stendi üzrə gənc oğlanlar arasında keçirilən yarışda Əlmirzə Quliyev Avstraliyanın iki tanınmış idmançısı Lack Wallageni və Samuel Bilsmanı geridə qoyaraq yarışların qalibi olub.
Mayın 18-də keçirilən qadınların yarışında isə Azərbaycan idmançısı Rəna Ələsgərova uğurlu çıxışı ilə Olimpiya çempionu Makkela-Nummela Satunu (Finlandiya) və Alhaval Saranı (Küveyt) geridə qoyaraq birinci yeri tutmuşdu.
Ümumi mükafat fondu 96.5 min ABŞ dolları olan bu yarışda 17 ölkədən, o cümlədən ABŞ, Avstraliya, Böyük Britaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Gürcüstan, Macarıstan, İran, İtaliya, Kipr, Küveyt, Qətər, Rusiya, Türkiyə, Ukraynadan 150-yə yaxın idmançı iştirak edir.
Yarışlara mayın 24-də yekun vurulacaq.