29 May 2015 10:28
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi 28 May Respublika günü münasibətilə foto müsabiqəsi elan edir.

Teleqraf.com xəbər verir ki, "Mən Azərbaycanı sevirəm!" (I love Azerbaijan!) adı altında keçirilən müsabiqənin əsas məqsədi ölkəmizin ən maraqlı, ən çox sevilən məkanlarının fotoşəklinin çəkilməsi və paylaşılmasıdır. Birinci Avropa Oyunlarının bağlanış mərasiminə iki bilet qazanmaq istəyən hər kəs müsabiqədə iştirak edə bilər. Bunun üçün "#baku2015" yazısı ilə birlikdə Azərbaycanın ən çox sevdiyiniz,istənilən yerində şəkil çəkdirmək lazımdır. Müsabiqə iştirakçı olmaq üçün, həmin şəkli #baku2015, #iloveazerbaijan və #biginbaku həştəqlərindən istifadə edərək, Twitter və Instagram səhifələrinizdə paylaşmaq kifayətdir.

Müsabiqənin ilk mərhələsi mayın 28-dən iyunun 18-dək davam edəcək. İyunun 18-dən 20-dək Bakı 2015 Elçiləri 5 ən yaxşı şəkli seçəcəklər. Həmin seçilmiş fotolar iyunun 20-dən 26-dək səsvermə üçün Bakı 2015 Facebook səhifəsində paylaşılacaq. Bakı 2015 qalibin seçilməsi üçün bütün Facebook izləyicilərini ən maraqlı fotoşəkli bəyənməklə (like) səsvermədə iştirak etməyə dəvət edir. İzləyicilər tərəfindən ən çox bəyənilən fotoşəkil qalib seçiləcək. Qalib iyunun 26-da elan ediləcək.

Rüstəm


Müəllif: