29 May 2015 17:42
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan I Avropa Oyunlarında 291 idmançı ilə təmsil olunacaq.

Trend-in məlumatına görə, bunu Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa Oyunlarında 291-i idmançı, 150-si isə yardımçı şəxs olmaqla ümumilikdə 441 nəfər heyətlə təmsil olunacaq: “Bu isə daha çox nümayəndə heyəti ilə təmsil olunacaq Rusiyadan sonra ikinci göstəricidir. İnanıram ki, idmançılarımız Avropa Oyunlarında yüksək səviyyədə çıxış edərək bizi sevindirəcəklər”.


Müəllif: