"Bakı-2015: Birinci Avropa Oyunlrına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru Rufiz Qonaqov bu gün Türkiyə Radio - Televiziya Kurumunun Bakı təmsilçisi Yıldıray Arslanla görüşüb.
Koalisiyanın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə R.Qonaqov koalisiyanın gördüyü işlər haqqında qonağa ətraflı məlumat verib, Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı TRT-nin bu istiqamətdə görəcəyi işlərlə maraqlanıb.
TRT-nin Bakı təmsilçisi Yıldıray Arslan Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin olduqca mühim və tarixi hadisə olduğunu bildirərək, bu oyunların Türkiyə telekanallarında da geniş təbliğ olunduğunu , Bakıda keçiriləcək bu oyunlara Türkiyə xalqının da böyük marağının olduğunu bildirib.
Eyni zamanda görüşdə qərara alınıb ki, TRT və "Bakı-2015: Birinci Avropa Oyunlrına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası Birinci Avropa Oyunları keçirildiyi müddətdə yaxından əməkdaşlıq etsin.
Görüşün sonunda "Bakı-2015: Birinci Avropa Oyunlrına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru R.Qonaqov TRT-nin Bakı təmsilçisi Y.Arslana koalisiya adından Birinci Avropa Oyunlarının geyimini və xatirə nişanını təqdim edib. Öz növbəsində, YArslan da R.Qonaqova TRT-nin simvolik hədiyyələrini təqdim edib.
BƏXTİYAR