“Bakı-2015” birinci Avropa Oyunlarının badminton yarışlarının püşkatma mərasimi təşkil olunub.
AZƏRTAC “Bakı-2015”ə istinadla xəbər verir ki, iyunun 22-dən 28-dək Bakı İdman Sarayında təşkil olunacaq yarışda Azərbaycanı Kənan Rzayev və Orxan Qələndərov təmsil edəcəklər.
Püşkün nəticəsinə əsasən, kişilərin fərdi yarışlarında Kənan Rzayev Mişa Zilberman (İsrail, Samuel Kali (Malta) və Rosario Maddaloni (İtaliya) ilə birgə “B” qrupunda mübarizə aparacaq.
Kişilərin komanda yarışında da Kənan Rzayev - Orxan Qələndərov cütlüyü “B” qrupunda Vladimir İvanov - İvan Sozonov (Rusiya), Emre Vural - Sinan Zorlu (Türkiyə), Bastian Kersaudi - Qaetan Mittelheisser (Fransa) duetinə qarşı gücünü sınayacaq.