Xorvatiya “Bakı-2015” birinci Avropa Oyunlarında 18 idman növünü təmsil edən 107 atletlə təmsil oluncaq.
Trend sport.hrt.hr saytına istinadən xəbər verir ki, komandaya olimpiya mükafatçıları Snjezana Pejcic və Lucia Zaninoviç başçılıq edəcəklər.
S.Pejcic 2008-ci il Pekin Olimpiadasının 10 metr məsafəyə atıcılıq, L.Zaninoviç isə 2012-ci il London Olimpiadasının taekvando üzrə bürünc mükafatçılarıdır