“Bakı-2015” ilk Avropa Oyunlarına velosipedlə” layihəsi çərçivəsində Azərbaycana səfər edən Portuqaliya velosipedçisi Jorge Kristovao iyunun 6-da Gürcüstan ərazisindən ölkəmizin şimal-qərb qapısı Balakənə daxil olub.
Teleqraf.com xəbər verir ki, “Mazımçay” sərhəd-keçid məntəqəsində portuqaliyalı velosipedçini rayon ictimaiyyətinin nümayəndələri, yerli idman həvəskarları mehribanlıqla qarşılayıblar. Adət-ənənəyə uyğun olaraq qonağa şərbət verilib, milli rəqslər ifa edilib.
Xatırladaq ki, 53 yaşlı Jorge Kristovao aprelin 10-da Lissabon şəhərindən yola çıxıb və Monako, Türkiyə, Yunanıstan və digər ölkələrdən keçərək, ümumilikdə 6 min kilometrdən çox məsafə qət edib.