Qazaxıstanın baş naziri Kərim Məsimovun başçılığı altında ölkənin nümayəndə heyəti I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələcək.
Bu barədə Trend-ə Qazaxıstan səfirliyindən məlumat verilib.
Xatırladaq ki, nümayəndə heyətində Qazaxıstanın Mədəniyyət və İdman naziri Arıstanbək Muhamediula da var.