13 İyun 2015 01:15
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda keçirilən ilk Avropa Oyunlarının açılış mərasimində mən də iştirak etdim. Möhtəşəm açılış baş tutdu. Mərasim çox yüksək səviyyədə keçdi. Mən çox açılış mərasimlərini görüb izləmişəm. Fikrimcə, bugünkü açılış mərasimi Olimpiya Oyunlarının açılışı səviyyəsində oldu. Bu mərasim həyata keçiriləcək növbəti Avropa Oyunlarına bir nümunə olacaq.

Bunu Teleqraf.com-a iyunun 12-də Bakıda keçirilmiş Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmiş Avronest Parlament Assambleyasının (PA) Enerji təhlükəsizliyi komitəsinin həmsədri, deputat Fuad Muradov deyib.

Millət vəkilinin fikrincə, ilk Avropa Oyunlarının açılış mərasimində çoxsaylı dövlət və hökumət başçılarının, digər yüksək səviyyəli qonaqların, olimpiya komitələri sədrlərinin, ictimai-siyasi xadimlərin, dünyada tanınmış, məşhur şəxslərin iştirakı, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin onu yayımlaması göstərdi ki, açılış mərasimi yüksək səviyyədə keçdi: “Artıq hər bir ölkə çalışacaq ki, açılış mərasimlərini bu səviyyədə keçirsin, amma buna çatmaq çox çətin olacaq. Eyni zamanda, bugünkü möhtəşəm açılış yeni bir standart müəyyənləşdirdi. Açılışda olan rəngarənglik, orada göstərilən çıxışlar, Azərbaycan mədəniyyətinin qeyri-adi formada nümayişi bir daha göstərdi ki, ölkəmiz ən yüksək səviyyəli tədbirləri həyata keçirməyə qadirdir. Artıq digər ölkələrin Azərbaycanın təcrübəsindən istifadə etməsinə ehtiyac olacaq”.

F.Muradov qeyd edib ki, ilk dəfə həyata keçirilən Avropa Oyunlarının açılış mərasiminin belə yüksək səviyyədə keçirilməsi Azərbaycanın tanıdılması istiqamətində növbəti ciddi addım idi: “Ölkədə həm Avropa Oyunlarına, həm idmana böyük maraq və diqqət var. Açılış mərasiminin belə yüksək səviyyədə keçirilməsi Prezident İlham Əliyevin idmana olan diqqət və qayğısının, Azərbaycan gənclərinin sağlamlığının inkişafına böyük töhfə verməsinin, eləcə də Avropa Oyunlarının Təşkilat Komitəsinə məhz ölkənin birinci xanımı Mehriban Əliyevanın başçılıq etməsinin nəticəsidir. Bu gün bütün dünya gördü ki, Azərbaycan nəyə qadirdir”.

Nihad


Müəllif:

Oxşar xəbərlər