14 İyun 2015 01:03
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən qarşıma ilk iyirmiliyə daxil olmaq məqsədi qoymuşdum və nəticədə on yeddinci oldum.

Bu sözləri AZƏRTAC–a müsahibəsində triatlon yarışlarında Azərbaycanı təmsil edən Kseniya Levkovska deyib. O bildirib ki, yarışda əlindən gələni etməsinə baxmayaraq, finalda bəxti gətirməyib. Triatlon yarışlarında mənim üçün ən çətin mərhələ üzgüçülük oldu. Mən “Rio-2016” Yay Olimpiya Oyunlarının triatlon yarışına vəsiqə qazanmağı çox istəyirəm və bu əsas məqsədimə çatmaq üçün bundan sonra da səy göstərəcəm.

Azərbaycan idmançısı vurğulayıb ki, “Bakı-2015” ilk Avropa Oyunları onun karyerasında ən əhəmiyyətli hadisə olub. Avropa Oyunlarının ab-havası gözəl və unudulmazdır. Avropanın ən güclü idmançıları “Bakı-2015”-in yarışlarında mübarizə aparırlar.

Kseniya Levkovska 2008-ci ildən yarışlara başlayıb. Azərbaycan Triatlon Federasiyasının üzvüdür. Onun əsas idman nailiyyətləri 2012-ci il gənclər arasında Avropa çempionatında onuncu yer, Asiya kubokunda üçüncü yer, qitələrarası kubok yarışlarında isə ilk onluqda qərarlaşması olub.


Müəllif:

Oxşar xəbərlər