14 İyun 2015 16:40
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Avropa Oyunlarında iştirak etmək bizim üçün böyük nailiyyət, idman həyatımızda mühüm təcrübədir.

Bu sözləri birinci Avropa Oyunlarının gimnastika yarışlarında mübarizə aparan britaniyalı gimnast Frank Baines AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.

Atletlər Kəndində idmançılar üçün hər cür şəraitin yaradıldığını vurğulayan gimnast Azərbaycanda olmağından məmnunluğunu bildirib. O, Bakıda ən müasir standartlara cavab verən müasir idman obyektlərinin inşa edildiyini xüsusi qeyd edib.


“Azərbaycan ilk Avropa Oyunlarını böyük məsuliyyətlə və yüksək səviyyədə təşkil edib. Bu yarışın mənim karyeramda əhəmiyyəti çox böyükdür. Oyunlarda qitənin ən güclü idmançıları mübarizə aparırlar. Birinci Avropa Oyunları Azərbaycan və onun idmançıları üçün böyük imkandır”, - deyə F.Baines bildirib.


Müəllif: