14 İyun 2015 19:09
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan birinci Avropa Oyunlarının üçüncü yarış günündə dördüncü qızıl medalını qazanıb. Bu, həm də karateçilərimizin üçüncü qızıl medalıdır.

AZƏRTAC xəbər verir ki, qadınlar arasında kumite yarışlarında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı İrina Zaretska finalda avstriyalı Alisiya Tereza Buxingeri 8:1 hesabı ilə məğlub edərək birinci yeri tutub.

Yarışda üçüncü yerə isə Monteneqro atleti Marina Rakoviç çıxıb.

Medalları atletlərə Avropa Karate Federasiyasının vitse-prezidenti Jiri Boçek təqdim edib.

Mərasimdə Azərbaycanın dövlət himni səsləndirilib.

Hazırda Azərbaycan komandasının hesabında 4 qızıl, 1 gümüş 4 bürünc medal var. Komandamız medalların sayına görə birinci Avropa Oyunlarında liderlik edir.


Müəllif:

Oxşar xəbərlər