15 İyun 2015 22:51
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cütlüklərin yarışında 3-2 hesabı ilə qalib gələn fransızlar ümumi hesab arasındakı fərqi azaldıblar: 2-1. Amma dördüncü oyunda Joao Geraldo fransız tennisçi Adrien Mattenetə 3-0 hesabı ilə qalib gələrək Portuqaliyanı Avropa Oyunlarının qalibi edib.

Beləliklə ümumi hesabda 3-1 hesabı ilə qalib gələn Portuqaliya millisi kişilərin komanda yarışında Birinci Avropa Oyunlarının qalibi kimi tarixə düşdü.

21:21

İkinci görüşdə portuqaliyalı Markos Freitas 3-2 hesabı ilə Simon Gauziyə qalib gəldi. Ümumi hesabda 2-0 hesabı ilə irəlidə olan Portuqaliya çempionluğa daha da yaxınlaşıb.

20:29

Birinci görüşdə Portuqaliya təmsilçisi Tiaqo Apolonia fransalı Adrien Matteneti 3-0 hesabı ilə məğlub etdi. Ümumi hesabda Portuqaliya 1-0 hesabı ilə önə keçir.

19:59

Avropa Oyunlarında kişilər arasında stolüstü tennis üzrə komanda yarışlarının final görüşü başlayıb.

Teleqraf.com xəbər verir ki, həlledici qarşılaşmada Fransa və Portuqaliya komandaları qızıl medal uğrunda mübarizə aparır.

Komandaların heyyətlərini təqdim edirik:

Fransa

Adrien Mattenet
Simon Gauzy
Emmanuel Lebesson

Portuqaliya

Tiaqo Apolonia
Markos Freitas
Joao Geraldo


Müəllif:

Oxşar xəbərlər