17 İyun 2015 13:36
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taekvondo yığma komandasının böyük məşqçisi Elnur Amanov taekvondo yarışlarında Azərbaycan idmançılarının döyüşünü şərh edib.

Teleqraf.com-a açıqlama verən E.Amanov taekvondoçularımızın qızıl medal qazanacaqlarına inandığını söyləyib: “Taekvondoçularımız qızıl medal qazananda nəticələr ürəyimizcə olacaq. Bir idmançımız – Patimat Abakarova (-49)bürünc medal qazanıb. Hələ yarışlar 2 gündür başlayıb, bundan sonra idmançılarımız daha 2 günyarışacaq. Ümidliyik, inşallah, taekvondoçularımız qızıl medal alacaqlar. Sabah Fəridə Əzizova döyüşəcək, dünya çempionu Radik İsayev isə yarışların son günündə tatamiyə çıxacaq, hər iki idmançıya ümidlərimiz böyükdür”.

E.Amanov serbiyalı Draqana Qladoviçə 4:8 hesabı ilə uduzan azərbaycanlı taekvondoçu Günay Ağakişiyevanın (-57 kq) da yarışını dəyərləndirib: “İdmandır, məğlubiyyət də, qalibiyyət də olur. Hansısa turnirdə Günay Ağakişiyeva həmin serbiyalı idmançı ilə qarşılaşmışdı. Bu dəfə alınmadı, idmanda udan da, uduzan da olur”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər