17 İyun 2015 19:12
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qələbə üçün əlimizdən gələni edəcəyik”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan komandasının baş məşqçisi Aleksandr Çervyakov İtaliya üzərində qələbədən sonra verdiyi müsahibə deyib. Onun sözlərinə görə, qrup birinciliyi uğrunda mübarizədə bu qələbə çox vacib idi: “Bu qarşılaşmada bizə qələbə çox vacib idi. Oyun çox gərgin keçdi. Dünən istirahət günümüz olmasına baxmayaraq, gərgin hazırlıq keçirdik. Yaxşı oynamağa çalışdıq. Hazırlıqlarımız öz nəticəsini verdi. Qrupdakı bütün rəqiblərimiz güclüdür. Qızları bundan çətin oyunlara hazırlamalıyıq. Fikrimcə, onlar da bunu yaxşı başa düşür. Qələbə üçün əlimizdən gələni edəcəyik”.

Samir


Müəllif: